AZ

Tomas Tuxel: “Arsenal”a qarşı hər şeyi masaya qoymağa hazırıq”

“Bayern”in baş məşqçisi Tomas Tuxel ÇL-in 1/4 finalında “Arsenal”la keçiriləcək cavab oyunu haqda açıqlama verib.

Arena.az xatırladır ki, Londonda keçirilmiş ilk oyun 2:2 hesablı heç-heçə ilə başa çatıb.

“Bizim bu yarışda təcrübəmizə əsaslanaraq azacıq üstünlüyümüz var. Amma bunu həlledici üstünlüyə çevirmək üçün gözəl oyun göstərmək lazımdır. Bu möhtəşəm yarışda növbəti vacib addımı atmaq üçün cəmi bircə oyunumuz qalıb. Hər şeyi masaya qoymağa hazırıq. Təcrübə bizə əlavə beş faiz verirsə, xoşbəxt olacağıq. Bu yarışda çox gərgin rəqabət var”, – “Bayern & Germany” nəşri alman mütəxəssisdən sitat gətirir.

Üstəlik, Tomas Tuxel qapıçı Manuel Noyer və vinger Leroy Zanenin “topçular”a qarşı oyunda oynaya biləcəyini, digər vinger Serj Qnabriyə gəlincə isə münhenlilərin bir qədər də səbr edib gözləməli olacaqlarını bildirib.

Komandalar arasında cavab oyunun bu gün, aprelin 17-də Münhenin “Alyans Arena” stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla