AZ

“Quran”da adı çəkilən Əbabil quşu Sevincin ofisində - VİDEO

Aktrisa və prodüser Sevinc Əliyevanın başına maraqlı hadisə gəlib.

OLAY yazır ki, sənətçinin çalışdığı “SFN Production”ın ofisinə Əbabil quşu gəlib.

Sevinc isə bildirib ki, bu quşun onların ofisinə gəlməsi təsadüfi deyil və ona uğurlar gətirəcək.

“Onu Allahdan bir işarə kimi qəbul etdim və çox sevindim”, deyə, - Sevinc bildirib.

Qeyd edək ki, bu canlılar əsasən havada uçur, nadirən harasa qonurlar. Ötən illərdə də 3-4 dəfə Azərbaycanda analoji hal təkrarlanmışdı.

Onu da bildirək ki, Yəmən hökmdarı Əbrəhə döyüş filləri ilə birlikdə Kəbəni dağıtmaq üçün Məkkə üzərinə hücum edəndə Allahın əmri ilə bir dəstə quş Qırmızı dəniz tərəfdən uçub gəlmişdi. Onların hər biri dimdiyində və iki caynağında bişmiş gildən düzəlmiş xırda daş tutmuşdular. Quşların atdıqları daşlar döyüşçülərin bədənində yara əmələ gətirərək tezliklə onların ölümünə səbəb oldu. Bu hadisə barədə “Qurani-Kərim”in 5 ayədən ibarət olan Fil surəsində də (105-ci surə) bəhs edilir.

Seçilən
57
1
Mənbələr
Şərh ()
Bağla