AZ

"İki il əvvəl dörd qol vurdular, indi də..." - ÇL-in bugünkü oyunu ilə bağlı AÇIQLAMA

"Liverpul"un və "Real Madrid"in keçmiş yarımmüdafiəçisi Stiv Makmanaman "Mançester Siti"ni "Los Blankos"dan daha güclü hesab edib.

 

Sfera.az bildirir ki, o, qarşıdakı görüşün "Real" üçün çətin olacağını deyib:

 

""Siti" Çempionlar Liqasının qalibidir. Hazırda onlar yüksəlişdədirlər və bu yaxınlarda İngiltərə Premyer Liqasının zirvəsinə qayıdıblar. “Vətəndaşlar” evdə qalib gəlsələr, hər şey saat mexanizmi kimi gedəcək. İki il əvvəl "Real Madrid"ə qarşı dörd qol vurdular, keçən il də eyni şey oldu. Düşünürəm ki, qarşıdakı görüş də Madrid üçün çətin olacaq".

 

Xatırladaq ki, bu gün, aprelin 17-də Çempionlar Liqasının 1/4 final mərhələsinin “Mançester Siti” ilə “Real Madrid” arasında cavab oyunu keçiriləcək. Komandalar arasında ilk görüş heç-heçə başa çatıb - 3:3.

 

Fatimə Lətif

Seçilən
50
1
Mənbələr
Şərh ()
Bağla