AZ

Gürcüstan prezidenti Avropa İttifaqına müraciət etdi

Avropa İttifaqı hazırda Gürcüstanda baş verən vəziyyəti nəzərə almalıdır.

Editor.az bildirir ki, bu bəyanatla Gürcüstan prezidenti Salome Zurabişvili çıxış edib. O hesab edir ki, Avropa Şurası bu məsələni iki gün ərzində Brüsseldə keçiriləcək iclasda müzakirəyə çıxarmalıdır: “Mən buradakı vəziyyətlə bağlı Çarlz Mişel və Emmanuel Makronla əlaqə saxladım, sabah Avropa İttifaqının Avropa Şurasının iclası olacaq”- Salome Zurabişvili deyib. Bundan əvvəl Zurabişvili xarici agentlər haqqında qanun layihəsinin qəbuluna qarşı çıxıb.

O, buna veto qoyacağını da bildirib. Bundan əlavə, Aİ nümayəndələri də qanun layihəsinə baxılmasını dəstəkləməyiblər.

//Samir Qurbanov, Editor.az

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla