AZ

Rusiya iclas keçirilən otelə 3 "İsgəndər" atdı: 13 ölü, 60-dan çox yaralı - FOTO-VİDEO

Rusiya ordusunun Ukraynnın Çerniqov şəhərinə raket hücumu nəticəsində ölənlərin sayı artmaqda davam edir. Rusiya tərəfindən öldürülənlər arasında 25 yaşlı polis leytenantı da var.

Bakupost.az xəbər veir ki, bu barədə UNİAN bildirib.

Xəbərə görə, Ukraynanın daxili işlər naziri İqor Klimenko Telegram kanalında ilkin olaraq 11 nəfərin öldüyü barədə məlumat verib.

"Hazırda 13 nəfər ölüb, 60-a yaxın insan yaralanıb. Həlak olanlar arasında iki uşaq da var. Ən azı 3 nəfər itkin düşüb", - deyə nazir bildirib.

Klimenko dağıntılar altında hələ də insanların olduğunu vurğulayıb.

“Axtarış-xilasetmə əməliyyatı davam edir. Zərərçəkənlərlə psixoloqlar işləyir”, - deyə o, qeyd edib.

Nazir bildirib ki, Rusiyanın atəşi nəticəsində həlak olanlar arasında 25 yaşlı polis leytenantı da var.

"Qadın qonşu evdə yaşayırdı və xəstəlik məzuniyyəti götürdüyündənevdə idi", - nazir qeyd edib.

Öz növbəsində, Ukrayna Prezident Aparatının rəhbərinin müavini Aleksey Kuleba bildirib ki, səkkiz mərtəbəli bina dağıdılıb, dörd hündürmərtəbəli bina, xəstəxana, ali təhsil müəssisəsi, onlarla avtomobilə ziyan dəyib.




Həlak olanlar arasında iki uşaq da var.

Rusiya tərəfi Çerniqova raket hücumu barədə məlumatı təsdiqləyib.

"MK"-nın yazdığına görə, Rusiya kəşfiyyatı Ukrayna hərbçilərinin Çerniqovda keçirdiyi görüşün yerini operativ şəkildə aşkar edib və məlumatları raketçilərə ötürüb:

"Hədəfə doğru 3 ədəd "İsgəndər" raketi atılıb. Çerniqovda hədəf çox güman ki, bu səhər general-leytenant Dmitri Krasilnikovun iştirakı ilə “Şimal” əməliyyat komandanlığının iclasının keçirildiyi “Profsoyuznaya” otelinin binası olub. Bundan əlavə, bəzi məlumatlara görə, oteldə çoxlu sayda polşalı muzdlular olub.

Hazırda əraziyə gedən yollar bağlanıb. Yalnız təcili yardım maşınlarının keçməsinə icazə verilib. Yerli sakinlər bildirirlər ki, Çerniqovda hədəfin koordinatlarını ötürə biləcək şəxsləri axtarırlar".




Zaur
BakuPost
Seçilən
38
1
Mənbələr
Şərh ()
Bağla