AZ

Mikayıl Cabbarov Tatarıstanın Baş nazirinin müavini ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Tatarıstanın Baş nazirinin müavini, sənaye və ticarət naziri Oleq Korobçenko ilə görüşüb. 

FED.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında məlumat verib.

“Tatarıstanın Baş nazirinin müavini, sənaye və ticarət naziri Oleq Korobçenko ilə Azərbaycan-Tatarıstan iqtisadi tərəfdaşlığının inkişaf istiqamətlərini müzakirə etdik:

– Sənaye parkları çərçivəsində birgə fəaliyyətin dəstəklənməsi;

– Sərmayələrin təşviqi üçün mövcud potensialdan istifadənin genişləndirilməsi;

– Ticarət əlaqələrinin gücləndirilməsi”. - deyə nazir bildirib.

Seçilən
83
2
Mənbələr
Şərh ()
Bağla