AZ

Aksessuar və əşyaları 1 milyon dollara satıldı - FOTO

Amerikalı aktrisa Rakel Uelçin aksessuarları və əşyaları hərracda rekord qiymətə satılıb.
BAKU.WS xəbər verir ki, onun sadəcə bir boyunbağısı 195 min dollara alıcı tapıb. Bu boyunbağını 1970-ci ildə "Myra Breckinridge" filminin qalasına taxıb.
Hərracdakı əşyalar arasında 1966-cı ildə çəkilən aktrisanın "One Million Years BC" filmindəki süni kürk 13 min dollara satılıb.
Ümumilikdə 500 aksessuar və əşya çıxarılıb, onlar 1 milyon dollar edib.
Aktrisanın 1967-ci ildə çəkilən "Bedazzled" filmində geyindiyi kürkü 22 750 dollara satılıb.
Onun 1975-ci ildə aldığı "Qızıl qlobus" mükafatı da hərraca çıxarılan əşyalar aarsında olub. 
Seçilən
56
Mənbələr
Şərh ()
Bağla