AZ

Qvardiola: “Real” haqqında danışanda insanlar mənə inanmırlar”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola ÇL-in 1/4 finalında “Real”la keçiriləcək cavab ev oyunu öncəsi rəqibin gücü haqda danışıb.

Arena.az xatırladır ki, Madriddə keçirilmiş ilk oyundan komandalar 3:3 hesablı bərabərliklə ayrılıblar.

“Mən bununla razılaşmadığımı deməzdim. Amma keçən il Kərim Benzema və Luka Modriçlə əla komandaya sahib idilər. Bununla belə, “Real”ın həmişə yaxşı komandası var. Bunlar mənim hisslərimdir.

“Real” haqqında müsbət danışanda insanların mənə inanmadığını bilirəm. Madriddə zarafatlaşacaqlar və zarafat etdiyimi düşünəcəklər, amma bu, doğru deyil”, – “Marca” nəşri ispan mütəxəssisin sözlərini sitat gətirir.

Xatırladaq ki, komandalar arasında cavab oyunu bu gün, aprelin 17-də Mançesterin “Etihad” stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Seçilən
75
Mənbələr
Şərh ()
Bağla