AZ

Pakistanda şiddətli yağış nəticəsində ölənlərin sayı 71 nəfərə çatıb

Pakistanda

Bakı, 1 aprel, AZƏRTAC

Şənbə günündən bəri Pakistanın müxtəlif bölgələrində şiddətli yağışla bağlı insidentlər nəticəsində ölənlərin sayı 71-ə çatıb, 67 nəfər isə yaralanıb.

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, Xeyber-Paxtunxva əyaləti ildırım vurması da daxil olmaqla, 32 nəfərin həyatını itirdiyi ən çox zərər çəkmiş bölgədir. Ölənlərin 15-i uşaqlardır və ümumilikdə 1370 evə ziyan dəyib.

Məlumata görə, Şərqi Pəncab əyalətində 23 nəfər həyatını itirib, yeddi nəfər xəsarət alıb. Bəlucistan əyalətində səkkiz nəfər ölüb, daha səkkiz nəfər yaralanıb. Pakistanın nəzarətində olan Kəşmirdə isə azı səkkiz nəfər həyatını itirib, 47 ev dağılıb.

Aprelin 17-dən 29-dək ölkə ərazisində intensiv yağışlar və tufan gözlənildiyi barədə əhaliyə xəbərdarlıq edildiyi bildirilir.

Seçilən
50
2
Mənbələr
Şərh ()
Bağla