AZ

Millimizin futbolçusunun müqaviləsinin müddəti uzadıldı

Niderlandın “Eyndhoven” klubu millimizin futbolçusu Ozan Can Kökçü ilə müqavilənin müddətini uzadıb.

Msport.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 2025-ci ilin yayınadək nəzərdə tutulub.

Klub oyunçunun müqaviləsinin uzadılması bəndini aktivləşdirib.

Qeyd edək ki, Ozan Can Kökçü cari mövsüm ölkə çempionatında 11 qol, 3 assistlə yadda qalıb. “Eyndhoven” isə 34 turdan sonra 38 xalla 20 komanda arasında 15-ci pillədə qərarlaşır.

Seçilən
41
Mənbələr
Şərh ()
Bağla