AZ

Aİ öz iqtisadiyyatını məhv etdi

Avropa İttifaqı Rusiyanı zəiflətmək üçün uğursuz cəhdlə bu ölkəyə qarşı tətbiq etdiyi sanksiyalarla öz iqtisadiyyatını məhv etdi. "Yeni Azərbaycan" xəbər verir ki, bunu fransız siyasətçisi, Vətənpərvərlər partiyasının lideri Florian Filippo "X" sosial şəbəkəsindəki hesabında bildirib.

“Rusiya iqtisadiyyatının artımı Fransanın artımından demək olar ki, beş dəfə çoxdur, halbuki Fransa maliyyə naziri Bruno Le Maire və bütün avrokratlar Rusiya iqtisadiyyatını diz çökdürəcəkdilər. Onlar öz sanksiyaları və ekstremist siyasətləri ilə iqtisadiyyatımızı məhv etdilər!” - deyə siyasətçi qeyd edib

Qeyd edək ki, bundan əvvəl Filippo Fransanın öz maraqlarına zərər vurmaqla Ukraynaya maliyyə və hərbi yardım göstərilməsini tənqid edib. O əlavə edib ki, Kiyev üçün maliyyə ayrılması ölkənin sosial sferasının çökməsi və narazı fransız vergi ödəyicilərinin günahlandırılması fonunda baş verir.

Havar Şəfiyeva 

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla