AZ

Emin Əmrullayev gimnaziyalardan DANIŞDI

"İdman və mədəniyyət sahəsində də gimnaziyaların sayını artırmağı düşünürük".

 

Sfera.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən "Sabahın alimləri" XIII Respublika Müsabiqəsinin rəsmi açılış mərasimində çıxışı zamanı deyib.

 

"Biz fizika, kimya, biologiya üzrə bacarıqlı insanları ortaya çıxarmağın yollarını tapmışıq. Siz bizim uğur hekayəmizin bir hissəsisiniz. Bu gün burada əyləşməyən uşaqlar üçün də müəyyən yarışlar təşkil olunmalıdır. Biz bu sahədə addımlar atacağıq. Yəqin ki, 6-7 ilə musiqi, bədən tərbiyəsi və təsviri incəsənət sahəsində də oxşar nəticələri əldə edəcəyik". 

 

Firuzə Əliyeva

Seçilən
53
Mənbələr
Şərh ()
Bağla