“Real”ın baş məşqçisi Karlo Ançelotti ÇL-in 1/4 final mərhələsində “Mançester Siti” ilə səfərdə keçiriləcək cavab oyunu haqda danışıb.
Arena.az xatırladır ki, Madriddə keçirilmiş ilk oyundan komandalar 3:3 hesablı bərabərliklə ayrılıblar.
“Biz tamam-kamal oyun keçirməyi planlaşdırırıq: yaxşı hücum və yaxşı müdafiə. Hesab edirəm ki, əks-hücumlarda yüksək keyfiyyətli oyun kamil olmalıdır. Bununla belə, biz diqqətimizi oyunun yalnız bir tərəfinə kökləməmişik.
Qvardiola üçün gözlənilməzlikmi? Yox (gülür). Düşünürəm ki, biz bir-birimizi çox yaxşı tanıyırıq. “Pep” sakit ola bilər, çünki mən heç nə icad etməyi planlaşdırmıram”, – “Marca” nəşri italyan mütəxəssisdən sitat gətirir.
Xatırladaq ki, komandalar arasında cavab oyunu bu gün, aprelin 17-də Mançesterin “Etihad” stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.