AZ

Edin Terziç: “Atletiko” kimi komandanı məğlub etməyə layiq idik”

Dortmud “Borussiya”sının baş məşqçisi Edin Terziç ÇL-in 1/4 finalının cavab görüşündə Madrid “Atletiko”su ilə oyunu şərh edib.

Arena.az məlumat verir ki, ilk oyunda Madriddə 1:2 hesabı ilə məğlub olmuş “Borussiya” Dortmundda 4:2 hesabı ilə qalib gələrək, Çempionlar Liqasının yarımfinalına vəsiqə qazanıb.

“Mən çox xoşbəxtəm və çox fəxr edirəm. Ab-hava əla idi. Bu gün bizi geri sala biləcək iki məqam oldu, amma biz güclü idik və sonda mərhələ adalamağa layiq idik. Qürurla deyə bilərəm ki, biz “Atletiko” kimi komandanı məğlub etməyə layiq idik.

İndi PSJ ilə qarşılaşmalıyıq. Onlara qarşı ilk oyunumuz (0:2) uğursuz alındı. İkinci oyunda (1:1) onlara daha yaxşı uyğunlaşdıq və qələbəyə daha yaxın olduq. Düşünürəm ki, indi, qrup mərhələsində PSJ ilə müqayisədə daha yaxşı oynayırıq”, – UEFA-nın rəsmi saytı Terziçdən sitat gətirir.

Çempionlar Liqasının yarımfinalında “Borussiya” PSJ ilə qarşılaşacaq.

Seçilən
62
Mənbələr
Şərh ()
Bağla