AZ

Paşinyan sərhədə buna görə gəlib - Sülhməramlılar Qazaxa köçürülür?

Rusiya sülhməramlı kontingentinin heyət və hərbi texnikasının Qarabağı tərk etdiyinə dair görüntülər yayılıb. Görüntülərdə sülhməramlılara məxsus hərbi texnikaların Tərtər ərazisində hərəkət etdiyi əks olunur. Lakin onların hansı istiqamətdə hərəkət etdiyi barədə dəqiq məlumat yoxdur. 

Hazırda cəmiyyəti ən çox bu sual düşündürür: Görəsən sülhməramlılar Qarabağdan hara köçürülür?

Azərbaycan Müdafiə Nazirliyi bununla bağlı hər hansı açıqlama verməyib.

Amam sülhməramlıların Azərbaycanı birdəfəlik tərk etdiyinə dair iddialar bir o qədər də inandırıcı görünmür. Bəzi politoloqların fikrincə, 10 noyabr sazişində Rusiya sülhməramlılarının 2025-ci ilə qədər Qarabağda qalacağı öz əksini tapıb. Sazişin mətninə hər hansı əlavə və dəyişiklik edilmədiyinə görə, rusların qəfildən bölgəni tərk etməsi real görünmür. Separatçıların Qarabağdan getməsindən sonra buna xüsusi ehtiyac da qalmır. 

Yenisabah.az xəbər verir ki, Rusiya sülhməramlılarının Azərbaycan ərazisində hərəkət trayektoriyasını dəyişməsi Ermənistan cəmiyyətinin də diqqətindən yayınmayıb. Bəzi erməni KİV-ləri Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına dair ağlasığmaz iddia irəli sürüblər. Erməni KİV-lərinin iddiasına görə, dünənə kimi Rusiyaya dirsək göstərən baş nazir Nikol Paşinyan yenidən Moskvaya möhtac qalıb:

“Azərbaycan Qazaxın 7 kəndinin qaytarılmasında israr edir. Sözsüz ki, Nikol bu dəfə də Bakının tələbinə boyun əyəcək. Amma həmin kəndlərin əhalisi öz evlərini tərk etmək istəmirlər. Onlar yaxşı bilirlər ki, Ermənistan hökuməti Tavuşdan köçən əhaliyə heç bir maddi dəstək verməyəcək. Ortada “Artsax”dan köçən ermənilərlə bağlı nümunə var. “Artsax” erməniləri bu gün İrəvanın küçələrində səfil həyatı yaşayırlar. Onların ac və susuz qalması Nikolun vecinə deyil. Buna görə də, Tavuşda yaşayan ermənilər evlərini tərk etmək istəmirlər. Onlar Azərbaycanın tərkibində daha xoşbəxt yaşayacaqlarını düşünürlər”. 

Erməni KİV-ləri iddia edir ki, Qazaxın kəndləri Azərbaycana qaytarıldıqdan sonra oradakı əhalinin təhlükəsizliyini Rusiya sülhməramlıları təmin edəcək. Hətta baş nazir Nikol Paşinyanın bununla bağlı Moskvaya minnətçi düşdüyü iddia olunur. 

Qeyd edək ki, Rusiya prezidentinin sözçüsü Dimitri Peskov sülhməramlıların Qarabağı tərk etdiyini təsdiqləyib. O, Qarabağdan çıxan Rusiya hərbi kontingentinin harada yerləşdiriləcəyi ilə bağlı hər hansı bir açıqlama verməyib. 


Telegram kanalımız
Seçilən
73
50
Mənbələr
Şərh ()
Bağla