MÜSİAD Azərbaycanın yeni İdarə Heyəti Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilə görüşüb.
Modern.az-ın məlumatına görə, görüş Türkiyənin Azərbaycandakı Səfirliyində baş tutub.
Görüşdə "Bir Millət, İki Dövlət" əsasında prinsiplər, ticari-iqtisadi əməkdaşlıq, investisiya imkanları ilə bağlı müzakirələr aparılıb. Gələcək fəaliyyət planları haqqında səfirə məlumat verilib.
"Cənab səfirə səmimi qəbuluna, MÜSİAD-a dəstəklərinə görə təşəkkür edir, Türk Dünyası üçün dəyərli fəaliyyətlərində uğurlar arzu edirik", - İdarə Heyətinin sədri Rəşad Cabirli deyib.