AZ

“Təbii ki, milli üçün çətinliklər olacaq” – Arif Əsədov narahatdı

Yeni mövsümdən legioner limitinin dəyişəcəyi, indiki 7+4-dən 8+3-ə çevriləcəyi deyilir.

Belədə yığma ücün səviyyəli yerli futbolçular tapmaq bir qədər də cətin olmayacaqmı? Yığmada baş məşqçinin səlahiyyətlərini yerinə yetirən Arif Əsədovun “Football-plus.az”a dedikləri:

“Hələ qərar verilmədiyindən buna münasibət bildirmək düzgün çıxmaz. Amma, təbii ki, milli ücün çətinliklər olacaq. Yəni 7+4-də yığma üzvləri 40 futbolçu arasından seçilirdisə, indi 30 futbolçu olacaq. Bəlkə növbəti mövsümdə komandaların sayı da artırılacaq. Bizim futbolçular kənarda oynamağa, legioner həyatı yaşamaqa meyilli olmalıdılar ki, heç olmasa, belədə yığma üçün oyunçu sayı çox olsun”.

ELMİN
Seçilən
69
Mənbələr
Şərh ()
Bağla