AZ

“Oyun ərzində heç bir etirazımız olmayıb”

Misli premyer-liqasının 30-cu turunun cümə günü keçirilən “Sumqayıt” – “Zirə” matçından sonra “Kimyaçılar” fanklubunun 7 üzvü polis saxlayıb.

Həmin azarkeşlərdən beşi həmin gün, ikisi isə ertəsi azad olunub. Fanklubun rəhbəri Sənan Mirzəyevin dediyinə görə, başverənlər kiçik anlaşılmazlıqdan ibarət olub:

“Oyunla bağlı etirazımız olmayıb. Sadəcə, fanklubun üzvləri 50-ci dəqiqədə pirotexniki vasitə yandırdı. Polis də həmin şəxsləri stadiondan kənarlaşdırdı. Başqaları da onların arxasınca getmək istədi. Mən başa saldım, geri qayıtdılar”.

RÖYANƏ OĞUZ
Seçilən
41
Mənbələr
Şərh ()
Bağla