AZ

Tamamilə əzilən avtomobildən sürücü burnu belə qanamadan sağ çıxdı - VİDEO

Yük maşınının altında qalan avtomobilin sürücüsü qəzadan xilas olub.

Avtosfer.az xəbər verir ki, hadisə Meksikada baş verib. Sürücü idarəetməni itirərək iki yük maşını ilə toqquşub. Toqquşmanın təsirindən avtomobil yük maşınlarından birinin altında qalıb. Qəzadan sonra ətrafdakılar avtomobildə ilişib qalan sürücünü xilas etməyə çalışıb. Tamamilə əzilən avtomobildən xilas edilən sürücünün burnu belə qanamadan, əlində cib telefonu ilə maşından çıxması isə gündəm olub. Bildirilib ki, nəqliyyat vasitəsinin təhlükəsizlik yastıqlarının açılması sayəsində avtomobildə sıxılmış vəziyyətdə qalan sürücüyə heç bir zərər dəyməyib.Bu da avtomobillərdə təhlükəsizlik funksiyalarının önəmini ortaya qoyub.

Məhəbbət Tərlanoğlu

Seçilən
59
Mənbələr
Şərh ()
Bağla