AZ

İqtisadçı xəbərdarlıq etdi: Ermənistan büdcəsində bu qədər kəsir yaranacaq

Vergi güzəştləri hesabına 2024-cü ildə Ermənistan büdcəsində 630 milyard dram və ya indiki məzənnə ilə 1,5 milyard dollardan çox kəsir yaranacaq.

Publika.az xəbər verir ki, bu barədə iqtisad elmləri doktoru Vardan Bostancyan aprelin 17-də müzakirə zamanı bildirib.

“Bu güzəştlər kimə verilib? Yüksək texnologiya şirkətlərinə? Yox. Kran suyunu qablaşdıran şirkətlər”, - deyə o əlavə edib.

Onun sözlərinə görə, belə bir iqtisadiyyat yoxdur.

“Fəaliyyət Ermənistana pul axınının olması ilə bağlıdır, lakin bu, inkişaf deyil. İqtisadiyyatın strukturu geridə qalıb, sənaye, kənd təsərrüfatı yoxdur”, - Bostancyan qeyd edib.

O əmindir ki, Ermənistan hakimiyyəti təhlükəsizlik və iqtisadi inkişaf sahələrinin ciddiliyini dərk etmir.

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla