AZ

"İçərişəhər" bədii filmi nümayiş olunacaq

Aprelin 23-də "İçərişəhər" bədii filmi nümayiş olunacaq.

Kulis.az xəbər verir ki, film gənc tələbə Arzu və Qarabağ müharibəsi veteranı Rafaelin sevgisindən bəhs edir.

Filmin rejissoru İlqar Safat, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safatdır.

Qeyd edək ki, rollarında Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova oynayan film 23 aprel 19:00-da "CinemaPlus"da təqdim olunacaq.

Seçilən
30
Mənbələr
Şərh ()
Bağla