AZ

Ukraynada ölən rus əsgərlərinin sayı açıqlandı

2022-ci ilin fevral ayından bəri davam edən Rusiya-Ukrayna müharibəsində həyatını itirən rus əsgərlərinin sayı açıqlanıb.

Bakupost.az xəbər verir ki, BBC, cəbhə xəttində ikinci ildə cəsədlərin sayının birinci ildəkindən 25 faiz çox olduğunu yazıb.

Xəbərdə Ukraynada ölən rus əsgərlərinin sayının 50 minə çatdığı bildirilib.

Münaqişənin ikinci ilində 27300-dən çox rus əsgərinin öldürüldüyü paylaşılıb. Qeyd olunub ki, Rusiya bu məlumatları şərh etməyib.

Ölənlərin ümumi sayının Moskvanın 2022-ci ilin sentyabrında açıqladığı rəsmi ölüm rəqəmlərindən 8 dəfə çox olduğu bildirilir.

Bu arada Ukrayna Daxili İşlər Nazirliyi Rusiyanın Çerniqov şəhərinə hücumu nəticəsində azı 11 nəfərin öldüyünü, 20-dən çox insanın isə yaralandığını bildirib.


Elnur
BakuPost

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla