AZ

Rusiya sülhməramlıları Qarabağı bu səbəbdən TƏRK EDİR - AÇIQLAMA

Rusiya sülhməramlıları Qarabağı bu səbəbdən TƏRK EDİR - AÇIQLAMA

Xəbər verdiymiz kimi, Azərbaycanda müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingentinə məxsus heyət və hərbi texnika Kəlbəcər rayonundakı alban məbədi Xudavəng monastrının ərazisindən çıxıb. Mənzərə onu göstərir ki, Rusiya sülhməramlıları vaxtından əvvəl Qarabağı tərk edə bilər. Amma gələcəkdə bu taborun Rusiya tərəfindən hans məqsədlə istifadə edəcəyi isə sual altındadır. Bəs Rusiya sülhməramlıları Qarabağı tamamilə tərk etdikdən sonra Ukrayna müharibəsində gedən döyüşlərə göndərilə bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, yayılan xəbərlə onu göstərir ki, Rusiya sülhməramlıları artıq mərhələli şəkildə Azərbaycan ərazisini tərk edir. Təbii ki, bu razılığa görə gələn il baş verməli idi. Amma hazırda vəziyyət elədir ki, sülhməramlılara Qarabağda heç bir ehtiyac yoxdur:

"Faktiki olaraq heç bir missiyanı yerinə yetirmədikləri kimi sülhməramlıların bölgədə qalması Rusiyanın özü üçün əlavə yükdür. Hazırda Rusiyanın əlavə hərbçiyə ehtiyacı olduğu vaxtdır. 2 minə yaxın peşakar hərbçi Qarabağdadır. Bu qədər hərbçinin heç bir iş görmədən Qarabağda qalması onlara sərf etmir. Bu baxımdan daha çox tez çıxma prosesi gedir. Çıxarılma prosesinin nə vaxt başa çatacağı tam bilinməsə də, artıq başladığı üçün yaxin dövrdə onların çıxması başa çata bilər. Rusiyanın bu qoşunlardan necə istifadə edəcəyi hələ sual altındadır. Çünki Ukrayna cəbhəsində müharibənin getdiyi bir vaxtda Rusiyanın əlavə qoşuna ehtiyacı var. İstisna edilməməlidir ki, onlar Ukrayna müharibəsinə cəlb edilsinlər. Amma burada başqa bir məsələ var. Bu tabor sırf sülhməramlı taborudur. Xüsusi olaraq sülhməramlı missiyası üçün yaradılıb. Bundan əvvəl Rusiya başqa bir ölkədə bu missiyanı həyata keçirib".

Siyasi şərhçinin sözlərinə görə, məlumatlar var idi ki, hətta Qarabağda həmin tabordan istifadə edilib. Bu taborun birbaşa müharibəyə cəlb edilməsi bir qədər düşündürücüdür:

"Çünki Rusiyanın əvvəldən məqsədi odur ki, sülhməramlı missiyasını BMT səviyyəsində qəbul etdirsin. Amma indiki halda bu taborun birbaşa Ukrayna müharibəsinə göndərilməsi Rusiyanın istəklərinin reallaşdırılmasının önünə keçə bilər. Hər iki ehtimal mümkündür və onların zəif güclü tərəfləri var. Yəqinki bunu proses göstərəcək. Mənim fikrimcə bu hərbçilər Ukrayna müharibəsinə cəlb edilməkdən daha çox, Rusiyanın hansısa ərazisində Rusiyanın hərbi məsələlərində istifadə edilə bilər. Həmin tabor sülhməramlı adı altında qala bilər və hərbçilər isə sonradan müharibədə istifadə edilə bilər. Bu hal istisna edilməməlidir. Ancaq sırf Qarabağdan çıxarılıb Ukrayna müharibəsinə göndərilməsi ehtimalı azdır".

Sevda Səfərova

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla