Zərdab Rayon Polis Şöbəsinə rayonun Hüseynxanlı kəndi ərazisindən keçən su kanalından silah-sursat tapılması barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, məlumatla əlaqədar hadisə yerinə baxış keçirilib və ərazidən 1 ədəd “F-1” əl qumbarası, 1 ədəd pulemyot, daraq və 760 ədəd patron aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırmalar aparılır.
![](https://baku.ws/uploads/posts/2024-04/1713335614_whatsapp-mage-2024-04-17-at-10_27_44.jpeg)