AZ

“Hadi Rəcəbli gələcək planlarını mənlə bölüşmüşdü” - Bahar Muradova 

“Hadi Rəcəbli hələ elmi sahadə görəcəyi bir neçə planını mənlə bölüşmüşdü.Çox təssüflər olsun ki, Azərbaycan ictimaiyyəti fəal, siyasi və qətiyyətli mövqeyə malik, həm də məsuliyyətli ictimai xadimini itirdi”.

Bizim.Media xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova mərhum sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəblinin vida mərasimində qeyd edib. 
 

MÖVZU İLƏ BAĞLI:

Hadı Rəcəbli vəfat etdi


“Hadi müəllimin həyat yolu və fəaliyyəti o qədər zəngindir ki, onunla bağlı xatirələr çoxdur. Bu gün hər kəs Hadi Rəcəblinin bu və ya digər xatirəsini bölüşə bilər. Amma mən, onun itkisinin ağrısını, kədərini yaşayan biri kimi ailəsinə və doğmalarına dərin hüznlə başsağlığı verirəm. Onun Azərbaycan üçün gördüyü işlər, sosial-siyasət sahəsində, eləcə də həmin sahələrin icra prosesində etdiyi töhfələr, xüsusilə həssas təbəqə üçün verdiyi təkliflər və gənc nəslin formalaşması üçün dəstəyi əvəzedilməzdir”.

Bahar Muradovanın sözlərinə görə iki ay əvvəl Hadi Rəcəblinin videomüsahibəsini izləyib və açıqlamalarında müəyyən məqamlara aydınlıq gətirdiyi üçün ona təşəkkürünü bildirib: 

“Çünki o müsahibədə vaxtilə parlamentdə çalışdığı bəzi nüanslara indi aydınlıq gətirirdi. Elə məsələlər var ki, siyasətçilər ona müəyyən müddət keçəndən sonra aydınlıq gətirməyə üstünlük verirlər. Onun bir sözü xatirimdədir ki, siyasətçi hər ona ünvanlanan qərəzli suala anındaca cavab verməməlidir və bəzi məsələlər var ki, onun zamana ehtiyacı var”. 

Məhərrəm Əliyev, Rəşad Əliyev, Bizim.Media
 

Seçilən
75
Mənbələr
Şərh ()
Bağla