AZ

Quba rayonunun Hacı-Hüseyinli kənd sakinləri tibbi müayinədən keçiblər

Quba Rayon Mərkəzi Xəstəxanasının peşəkar həkim və tibb işçilərindən ibarət briqadanin iştirakı ilə Quba rayonu Hacı-Hüseyinli kənd sakinlərinin tibbi müayinəsi həyata keçirilib.
 
Xəstəxanadan Aztibb.az-a verilən məlumata görə, keçirilən səyyar həkim qəbulunda pediatrı, şüa-diaqnostika, lobarant, mama-ginekoloq, terapevt, cərrah iştirak edib. Aparılan müayinələrə əsasən kənd sakinlərindən müvafiq qan analizləri alınıb. və ona uyğun olaraq müalicə təyin olunub.
 
Kəndlərdə keçirilən tibbi müayinələrin əsas məqsədi ahıl və həssas qruplara daxil olan əhalinin tibbi xidmətə əlçatanlığını təmin etmək, TƏBİB-in və icbari tibbi sığortanın yaratdığı imkanlar çərçivəsində təqdim olunan xidmətlərlə bağlı maarifləndirmə işləri aparmaqdır.
Seçilən
91
Mənbələr
Şərh ()
Bağla