AZ

Xaçmazda işıq kəsilib

Bakı. Trend:

Xaçmazda elektrik enerjisinin verilişi məhdudlaşdırılıb.

Trend xəbər verir ki, bu barədə "Azərişıq" məlumat yayıb.

Bildirilib ki, Xaçmaz rayonu inzibati ərazisində yerləşən Xudat110/35/10 kv-luq Yarımstansiyada 2-ci bölmənin təmirə çıxarılmasıilə əlaqədar bu gün səhər saatlarından etibarən bir sıra ərazilərdəelektrik enerjisinin verilişində məhdudiyyət yaranıb.

Qeyd edilib ki, sözügedən ərazilərə Xaçmaz inzibati rayonununtərkibinə daxil olan Xudat şəhəri, Şollar, Susayqışlaq, Pərdiqıran,Köhnə Xudat, Çaxçaxlı kəndləri, 4, 5, 6-cı şöbə ərazisi,Konservzavod qəsəbəsi yeni yaşayış massivi daxildir:

“Azərişıq” ASC istehlakçıların elektrik təchizatınınyaxşılaşdırılması məqsədilə sözügedən ərazidə yenidənqurma işlərihəyata keçirəcək. Görülən yenidənqurma işləri gün ərzindəyekunlaşdırılaraq elektrik enerjisinin verilişi tam təminediləcək".

Seçilən
66
9
Mənbələr
Şərh ()
Bağla