AZ

2 ayda 3456 BOŞANMA: "İnsanlar ailə-usaq sahibi olmaq istəmir, ancaq öz kefləri üçün yaşayır"- TƏNQİD

2 ayda 3456 BOŞANMA: "İnsanlar ailə-usaq sahibi olmaq istəmir, ancaq öz kefləri üçün yaşayır"- TƏNQİD

Ədliyyə Nazirliyi 2024-cü ilin yanvar-fevral aylarında evlənib-boşananlarla bağlı statistika açıqlayıb. Statistikaya görə, 6739 nikah və 3456 boşanma halları qeydə alınıb. Bir məsələ var ki, bir sıra ekspertlər ailələrin dağılmasında pandemiyanında rolu olduğunu deyib. Bəs bu səbəblər nə dərəcədə düzgündür? Azərbaycanda boşanmaların səbəbi nə ilə bağlıdır?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan sosioloq Elçin Bayramlı bildirib ki, son statistika vəziyyətin necə faciəli və acınacaqlı olduğunu bir daha ortaya qoydu. Uzun illərdir həyacan təbili çalırıq ki, ailə dəyərlərimiz məhv olmağa doğru gedir. Əfsuslar olsun ki, heç bir reaksiya yoxdur və vəziyyət getdikcə pisləşir:

" Keçən il boşanmalar 40 faiz idisə, indi isə artıq 50 faizi keçib. Boşanmaların sayı çox sürətlə artır. Hu milli genofondun məhv olması deməkdir. Bu tendensiya o qədər sürətli gedir ki, artıq yaxın illərdə çox acınacaqlı vəziyyətin yaranacağına şübhə yoxdur. Boşanmalara müxtəlif səbəblər göstərilir. Mən həmin səbəblərin heç biri ilə razı deyiləm. Bu səbəblərin heç bir ciddi arqumenti yoxdur və fakta əsaslanmır. Hətta pandemiyanın burada heç bir rolu yoxdur. Sadəcə olaraq pandemiya bəzi toyların təxirə salınmasına səbəb oldu. Burada sosial səbəblər göstərilir. Amma onun rolu o qədər böyük deyil. Maksimum 20-30 civarındadır. Mən hesab edirəm ki, problem əsas səbəbi mənəvi deqradasiya ilə bağlıdır. Yəni artıq insanlar, xüsusilə gənclər mənəvi dəyərləri arxa plana atıb, maddi dəyərləri həyatlarını qurmağa çalışırlar. Bu müasirləşmək adı altında, guya Avropa dəyərlərinə inteqrasiyasının nəticəsidir. Artıq insanlar üçün mənəvi dəyərlərin heç bir təsiri qalmayıb. Ancaq ailəyə maddi dəyərlər üzərində baxırlar. Aparılan təbliğatların nəticəsində əxlaqsızlıq vüsat alıb".

Sosioloq deyib ki, evliliklərdə qarşı tərəfin mənəvi dəyərinə əhəmiyyət verilmir. İnsanlar ailə-usaq sahibi olmaq istəmir. Ancaq öz kefləri üçün yaşamağa üstünlük verirlər. Bunların hamısı birlikdə mənəvi deqradasiyanın nəticəsidir:

"Problemin əsas səbəbi bununla bağlıdır. Maksimum 20 faiz fərqli səbəblər ola bilər. Psixi problemi və narkotikə meyilliyi olanların ailələrinin dağılması normaldır. Çox ağır sosial vəziyyətində yaşayanlar arasında boşananlara rast gəlinir. Bu hallar isə çox azdır. Azərbaycan xalqının ən ağır yaşadığı vaxtlar Böyük Vətən və İkinci Dünya müharibəsi , o cümlədən 90-cı illərdir. Bu dövrlərdə demək olar ki, boşanmalar yox idi və çox cüzi idi. Bu o deməkdir ki, insanların mənəviyyatı güclüdürsə burada kasıbçılığın, maddi çətinliyin zərrə qədər rolu yoxdur. Vəziyyət yaxşı olanda kütləvi şəkildə boşanmalar gedir. Eyni zamanda bir arqument daha var. Dünya ölkələrində olan statistikalara baxan zaman görürük ki, məhz yoxsul və kasıb ölkələrdə boşanma faizləri çox minimumdur və daha imkanlı ölkələrdə isə bu göstərici maksimumdur. Azərbaycanda boşananların əksəriyyəti nisbətən imkanlı ailələrdir. Bu üç faktor onu sübut edir ki, əsas səbəb mənəvi deqradasiyadır".

Elçin Bayramlının sözlərinə görə, boşanmalarda sosial-iqtisadi səbəblər isə çox cüzidir. Bunun üçün milli-mənəvi dəyərlərimizə qarşı aparılan təbliğatın qarşısı alınmalıdır:

"Televiziyalarda və internetdə bu təbliğatlar açıq şəkildə aparılır. Müasirlik adı altında bu təbliğatlar dəyərləri dəyişdirir. Biz bunun nəticələrini görürük. Biz dövlət və gələcək olaraq sağlam milli genofond istəyiriksə, bu təbliğatlara qarşı ciddi mübarizə aparmalıyıq. Son vaxtlar boşanmaların asanlaşdırılması prosesi gedir. Bir çox vəkillər var ki, boşanmalar ilə bağlı sanki yarışa giriblər. Ətrafdan da hamı buna dəstək verir. Sanki ailənin dağılmasına təkid edirik. Bir çox ölkələrdə ailələrin dağılmasının qarşısını almaq üçün boşanmalar çətinləşdirilir. Uzun müddət ailəli olan şəxslərə müəyyən güzəştlər edilir. Bu tədbirlər olmasa milli-mənəvi dəyərlərimizi tamamilə məhv olduğunu görəcəyik".

Sevda Səfərova

Seçilən
170
50
Mənbələr
Şərh ()
Bağla