AZ

Enrike: "Uşaqlar inkişafa doğru addım atdılar"

PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasında "Barselona"nı məğlub etdikləri oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 4:1 hesabıyla qələbə qazandıqları matçla bağlı bunları deyib:

"Oyuna parlaq başladıq, lakin Lamin Yamalın möhtəşəm oyunu sayəsində bizə qol vurdular. Sonra rəqib azlıqda qaldı və üstünlük bizə keçdi. Ümumiyyətlə, oyunboyu yaxşı oynadıq. Hazır komanda gördüm. Uşaqlar inkişafa doğru addım atdılar".

PSJ yarımfinalda Dortmund "Borussiya"sı ilə qarşılaşacaq.
Seçilən
39
Mənbələr
Şərh ()
Bağla