AZ

“Lexus” və “Toyota” markalı avtomobillərin nömrəsini oğurlayan şəxs tutuldu

Paytaxtın Nəsimi rayonunda avtomobillərin dövlət qeydiyyat nişanlarını oğurlayan şəxs saxlanılıb.

Bu barədə Musavat.com-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik cinayətlərinə görə saxlanılmış Ceyhun Nağıyevin rayon ərazisində “Lexus” və “Toyota” markalı avtomobillərin dövlət qeydiyyat nişanlarını oğurlaması müəyyən olunub.

Dövlət qeydiyyat nişanları sahiblərinə qaytarılıb.

Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri digər tədbirlərlə bir nəfərə aid kartdan 3000 manat oğurlayan paytaxt sakini Azər Əliyev və avtomobildən 1500 manat pul, bank kartı və sənədlər oğurlayan Kənan Həsənov da saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Musavat.com

Seçilən
81
29
Mənbələr
Şərh ()
Bağla