AZ

"Sülhməramlıların Qarabağdan getməsinin səbəbi..." - Zərdüşt Əlizadə

“Rusiya anlayıb ki, sülhməramlıların Qarabağda qalmasının mənası yoxdur. Mən bilmirəm, sülhməramlıların yüz faizi, yoxsa əksər hissəsi Qarabağdan çıxıb. Amma məlum olan odur ki, onlar çıxıblar. Bizə onları Qarabağda nə saxlamaq, nə də qovmaq lazım deyil. Ortada dövlət rəhbərlərinin imzaladığı üçtərəfli bəyanat var”.

Bunu Bakupost.az -a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib.

O, sülhməramlıların imzalanmış bəyannaməyə əsasən, Qarabağı tərk etməli olduğunu bildirib:

“O bəyanatda göstərilirdi ki, sülhməramlılar Qarabağda beş il qalacaqlar. Onların 2025-ci ilin 10 noyabrına qədər Qarabağda qalmaq hüquqları vardı. O da qeyd olunmuşdu ki, müqavilənin bitməsinə altı ay qalmış biz onlara qalmaları, yoxsa getmələri ilə bağlı mövqeyimizi bildirməliyik. Saziş imzalanandan sonra çox şey baş verdi. Qarabağdakı ermənilər ərazilərimizi tərk edib çıxıb getdilər. Orda indi nə qədər erməni qaldığını bilmirəm. Hazırda bütün ərazilər Azərbaycan Ordusunun nəzarətindədir. Sadəcə olaraq, sülhməramlıların modul tipli kazarmaları var və ora-bura sürüyürlər. Danışıqlar aparıblar və görüblər ki, ermənilərin ora qayıtmaq ehtimalı çox zəifdir. Ona görə də bu addımı atıblar. Qarabağ rus hərbçiləri üçün bir növ sanatoriya idi. Çünki digər rus hərbçiləri Ukraynada müharibədə həlak olur, onlarsa Qarabağda gözəl bir güşədə istirahət edirdi. Sentyabr ayından ermənilər Qarabağı tərk ediblər. Yarım ildir ki, sülhməramlılar orda istirahət edirlər, heç bir fəaliyyətləri yoxdur. Yəqin ki, Azərbaycanla danışıqlar aparıblar, müəyyən şərtlər qoyublar və Azərbaycan da deyib ki, yox, biz sülhməramlıları qovmuruq, amma vaxtı çatandagetməlidirlər. Ona görə bunlar fikirləşiblər ki, o vaxta qədər sülhməramlıları Qarabağda niyə saxlayaq. Yavaş-yavaş Qarabağı tərk etməyə başlayıbar”.

Qeyd edək ki, Qarabağda müvəqqəti yerləşdirilən Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsi ilə bağlı görüntülər yayılıb.



Vasif Əlihüseyn
BakuPost
Seçilən
84
Mənbələr
Şərh ()
Bağla