AZ

Luis Enrike “Barselona” üzərində möhtəşəm qələbəni şərh etdi

PSJ-nin baş məşqçisi Luis Enrike ÇL-in 1/4 finalının cavab oyununda “Barselona” üzərində 4:1 hesablı səfər qələbəsini şərh edib.

Arena.az məlumat verir ki, ümimi hesabda (6:4 – evdə: 2:3, səfərdə: 4:1) üstünlüyünü təmin etmiş PSJ Çempionlar Liqasının yarımfinalına vəsiqə qazanıb.

“Oyuna parlaq başladıq, hücuma keçdik, amma “Barselona” Lamin Yamalın möhtəşəm oyunu sayəsində bizə qol vurdu. Sonra meydandan qovulma gəldi, amma düşünürəm ki, oyun boyu çox yaxşı idik. Bu gün oyunumuzda püxtələşdik, hazır komanda gördüm. Komandamız yetkinlik baxımından irəliyə doğru addım atıb”, deyə Luis Enrike komandasını tərifləyib.

UEFA Çempionlar Liqasının yarımfinalına vəsiqə qazanmış PSJ bu mərhələdə Dortmund “Borussiya”sı ilə qarşılaşacaq.

Seçilən
83
Mənbələr
Şərh ()
Bağla