AZ

Rusiyada Pivəsevərlər Partiyası yenidən dirçələcək

Rusiyada Pivəsevərlər Partiyası (RPP) öz fəaliyyətini yenidən bərpa edəcək.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, partiyanın təşkilat komitəsi aprelin 22-də toplanacaq, bundan sonra siyasi birliyin qeydiyyatı üçün sənədlər Rusiya Ədliyyə Nazirliyinə təqdim olunacaq.

Partiya 2025-ci ildə keçiriləcək seçkilərdə iştirak etməyi gözləyir.

RPP lideri Konstantin Kalaçevin sözlərinə görə, ruslarsa “sistemdənkənar, şən, enerjili və əyləncəli bir şeyə ehtiyac” yaranıb və “kimsə bu ehtiyacı təmin etməlidir”.

“Biz parlament demokratiyasında yaşamırıq. Bəli, indiki Rusiya partiyaları hətta özlərinə qarşı tələblər formalaşdırmaqla çox da məşğul olmurlar. Amma bizim partiyalara çox ehtiyacımız var. Bu gün çox sayda insan mövcud partiyaları öz maraqlarının təmsilçisi kimi görmür. Ən əsası isə, onlar arasında ciddi fərqlər görmürlər”, - Kalaçev bildirib.

“Nezavisimaya qazeta” həmçinin “Russian Field” adlı sosioloji araşdırmanın nəticələrinə istinad edərək yazır ki, sorğuda iştirak edən kişilərin 13%-i və qadınların 6%-i Pivəsevərlər Partiyasına səs verməyə hazırdır.

Pivəsevərlər Partiyası (PLP) ilk dəfə 1994-cü ildə Rusiyada qeydiyyatdan keçib və 2-ci çağırış Dövlət Dumasına seçkilərdə iştirak edib. Partiya 1998-ci ildə ləğv edilib. Partiya şüarı belədir: “Hər bir insanın pivə içmək, eləcə də içməmək hüququ var”.

Musavat.com

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla