AZ

Rusiyanın üç hava limanında uçuşlar dayandırıldı - SƏBƏB

Rusiyanın Nijni Novqorod, Kazan və Naberjnıye Çelnı hava limanları pilotsuz uçuş aparatlarının (PUA) hücumu təhlükəsi səbəbindən təyyarələrin uçuşuna bağlanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu şəhərlərə gedən bir neçə təyyarə Şeremetyevo və digər hava limanlarına qayıdıb. Dimitrovqrad bölgəsində "Düşənbə-Kazan" reysi bir neçə dövrə vurduqdan sonra Samaraya doğru hərəkət edib.

Xatırladaq ki, daha əvvəl məlum olmuşdu ki, Moskvadakı "Şeremetyevo" hava limanı PUA-nın hücumu təhlükəsi ilə əlaqədar təyyarələrin yola salınması və enməsinə məhdudiyyətlər tətbiq edib. Hava limanından bildirilib ki, hava limanı adi rejimdə işləyir, gediş-gəliş reysləri qrafikə uyğun həyata keçirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
137
4
Mənbələr
Şərh ()
Bağla