Bakı. Trend:
İrəvanda Müdafiə Nazirliyinin keçmiş binası partladılıb.
Trend xəbərverir ki, bu barədə erməni KİV məlumat yayıb.
Bildirilib ki, Ermənistanın Dövlət Gəlirlər Komitəsininbalansında olan binada kasıb ailələr məskunlaşsa da, 2023-cü ilinfevral ayında bina boşaldılıb.
Qeyd olunub ki, partladılan binanın yerində Ermənistan DövlətGəlirlər Komitəsinin inzibati binası və Xarici İqtisadi FəaliyyətMərkəzi inşa olunacaq.