AZ

Güclü dollar erası davam edir?

FED sədri Cerom Pavelin dünənki bəyanatından sonra dollar öz gücünü qoruduğu halda, Asiya-Sakit Okeaniya ölkələrinin mərkəzi bankları məzənnələri sabitləşdirmək üçün addımlar atır.

Dollar İndeksində 2022-ci ilin oktyabrından bəri ən sürətli beş günlük artımı qeydə alınıb. İndeks son 5 gün ərzində 104.02 bənd səviyyəsindən 106.52 bənd səviyyəsinə kimi yüksəlib.

Çərşənbə axşamı günü dollar qarşısında kritik 1400 səviyyəsini keçən Cənubi Koreya vonu Koreya Bankının sədrinin milli valyutanın ucuzlaşmasının həddindən artıq çox olduğunu və təcili önləyici addımlar atılmalı olduğunu deməsindən sonra dollara nisbətdə 0.7% möhkəmləndi. İndoneziya rupisi ölkənin mərkəzi bankının müdaxiləsinə baxmayaraq zəifləməyə davam edib. Filippin pesosu dollar qarşısında kəskin ucuzlaşaraq 57 səviyyəsindəki kritik həddi keçdi.

Səhmlər cəbhəsində itkilər əvvəlki seanslarla müqayisədə daha məhduddur. "S&P 500" çərşənbə axşamı günü 0.2% ucuzlaşıb. Asiya Sakit Okean indeksləri məhdud itkilər yaşayıb. Yaponiyanın "Topix" indeksi 0.3%, Cənubi Koreyanın "Kospi" indeksi isə 0.2% ucuzlaşıb.

İsrailin İrana cavabı gözlənilsə də, neft bazarında FED mövzusu üstünlük təşkil edir. "Brent" markalı neft bu səhər FED-in yüksək faiz dərəcələri ərəfəsində 90$ həddinin altına düşüb.

Pavelin "şahin" açıqlamaları

FED sədri Cerome Pavel çərşənbə axşamı baş tutan çıxışı zamanı inflyasiya göstəricilərindəki sürpriz artımdan sonra faiz dərəcəsinin aşağı salınmasının gözləniləndən daha uzun sürəcəyinə işarə edib.

Sədr keçən ilin sonunda inflyasiyanın düşməsindən sonra heç bir əlavə irəliləyişin olmadığını vurğulasa da, 2%-lik hədəfə doğru irəlilədiklərinə inanmaları üçün daha çox vaxt lazım olduğunu ifadə etdi.

Kanada Bankının Qubernatoru Tiff Maklem ilə birgə paneldə çıxış edən Pavell bildirib ki, qiymət təzyiqləri davam edərsə, FED "faiz dərəcələrini lazım olduğu qədər sabit saxlaya bilər".

"Əmək bazarının gücünü və inflyasiya ilə bağlı indiyə qədər əldə edilmiş göstəriciləri nəzərə alaraq, məhdudlaşdırıcı siyasətə daha çox vaxt vermək və məlumatların və yaxşılaşan iqtisadi mənzərənin bizə rəhbərlik etməsinə icazə vermək məqsədəuyğun olardı" deyə Pavel qeyd edib.

İnflyasiya göstəriciləri ard-arda üç ay analitiklərin təxminlərini aşdıqdan sonra, Pavelin açıqlamaları faiz endiriminə dair ehtimalların əks yöndə dəyişməsi kimi xarakterizə edilə bilər. FED-in faiz dərəcələrini azaltmağa tələsməyəcəyini vurğulaması bu il faiz endirimi ehtimallarının kəskin azaldıb. FED üzvlərinin proqnozu üç faiz endiriminə işarə etsə də, investorlar bir və ya iki faiz endirimi ehtimallarını qiymətləndirir.

investaz.az

Seçilən
62
Mənbələr
Şərh ()
Bağla