AZ

AFFA bu vacib postu əcnəbəyə tapşırır – SON DƏQİQƏ

AFFA Hakimlər Komitəsinin yeni sədrinin yerli funksioner olması gözlənilmir.

Saytımız bu barədə AFFA-dan məlumat əldə edib.

Federasiyadan redaksiyamıza verilən informasiyaya görə, Barış Şimşekin müqaviləsi iyunda başa çatır və onunla sözləşmənin müddətinin artırılması nəzərdə tutulmur.

İki il öncə bu vəzifəyə təyin olunmuş türkiyəliyə yeni kontrakt təklif edilmyib. Onun bir başqa əcnəbi ilə əvəzlənməsi planlaşdırılır.

İndi mümkün namizədlərin siyahısı hazırlanır. İcraiyyə Komitəsinin mayda keçiriləcək növbəti toplantısında bu məsələ müzakirəyə çıxarılacaq və yekun qərar veriləcək.

Hakimlər Komitəsi 2018-ci ilin sentyabrından xaricilərin ixtiyarındadır, Fritz Stuxlik 2022-ci ilin yayınadək bu postu tutub. Daha sonra Barış Şimşek sədr vəzifəsinə gətirilib.

SPORTİNFO.AZ

Seçilən
60
Mənbələr
Şərh ()
Bağla