AZ

Ali Məhkəməyə o sədr təyin edildi

Rusiya Federasiya Şurası İrina Podnosovanı Ali Məhkəməsinin (SK) sədri vəzifəsinə təyin edib.

Herbiand.az İnterfaks-a istinadən xəbər verir ki, qərar parlamentin yuxarı palatasının bu gün keçirdiyi iclasda yekdilliklə qəbul edilib.

Qeyd edək ki, Rusiya Federasiyası Ali Məhkəməsinin sədri vəzifəsi üçün müsabiqə fevralın 23-də məhkəmənin keçmiş rəhbəri Vyaçeslav Lebedevin uzun sürən xəstəliyi nəticəsində vəfat etdikdən sonra martın 1-də elan edilib. Və bu vəzifəyə yeganə olaraq RF Ali Məhkəməsi sədrinin müavini - İqtisadi Mübahisələr üzrə Məhkəmə Kollegiyasının rəhbəri İrina Podnosova müraciət edib.

Elnurə İSAXAN

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla