AZ

Ədalət Verdiyev: “Sülhməramlıların yerinə yetirəcəyi xüsusi bir funksiya qalmayıb”

Rusiya sülhməramlı qüvvələri Kəlbəcər rayonunda yerləşən alban məbədi Xudavəng monastrının ərasini tərk edib. Bununla da kontingentin Azərbaycan ərazisini tərk etməsinin yeni mərhələsi başlayıb.

“Xudavəng monastrı ətrafında onların yalnız bir  BTR-i var idi.  Böyük ehtimalla, Xocalı hava limanı ətrafında olan texnikaların bir hissəsi də ölkə ərazisindən çıxarılıb”.

Bu fikirləri Herbiand.az-a hərbi ekspert Ədalət Verdiyev bildirib. O, həmçinin qeyd edib ki, Rusiya sühməramlı  kontingentinin Azərbaycan ərazisini tamamilə tərk etməsi 2020-ci  ilin sonunda imzalanan birgə bəyanatda öz əksini tapıb:

“Biz daha əvvəllər də rus kontingentin hissə-hissə Azərbaycan ərazilərinin tərk etdiyini əks etdirən videogörüntülərlə tanış olmuşuq. Hesab edirəm ki, zirehli texnikaların bir çoxunun Azərbaycandan çıxarılması Rusiyanın Ukrayna ərazilərində texnikaya olan tələbatı ilə birbaşa əlaqədardır”.

Bununla yanaşı, Ədalət Verdiyev qeyd etdi ki, rus kontingentinin artıq yerinə yetirəcəyi funksiyalar mövcud deyil:

“Yəni onlar əraziyə münaqişə tərəfləri arasında atəşkəs  rejiminə nəzarət etmək üçün dəvət olunmuşdular. Azərbaycan antiterror əməliyyatlarından sonra erməni silahlılarını ərazisindən tamamilə təmizlədi. Artıq rus kontingentinin də yerinə yetirəcəyi xüsusi bir funksiya qalmayıb. Bu baxımdan onların Azərbaycan ərazilərini tərk etməsində qeyri-adi bir şey görmürəm. Proses yəqin ki, hissə-hissə davam edəcək. Hesab edirəm ki, gələn ilin ortalarına qədər proses tamamilə tamamlana bilər”.

Emin ŞİRVANZADƏ



Seçilən
34
Mənbələr
Şərh ()
Bağla