AZ

Dünyanın ən qeyri-sağlam 10 qidası məlum oldu

Çağdaş dövrümüzdə, xüsusən də şəhərlərdə yaşayan insanlar üçün, sağlam qidalanmaq çox çətindir. Bir sıra qidalar var ki, onları mütəmadi olaraq qəbul etmək sağlamlığımıza ciddi şəkildə ziyan vurur. Bəzilərimiz bunu fərqində ola-ola edirik. 

AZXEBER.COM bununla bağlı ən qeyri-sağlam 12 qidanı təqdim edir: 

1. İşlənmiş ətlər. 

İşlənmiş ətlər qrupuna əsasən dana əti, quş əti və heyvanların müxtəlif bölgələrindən hazırlanan kolbasa və ət konservləri daxildir.  

2. Bol yağda qızardılmış yeməklər 

Xüsusilə iri müəssisələrdə istifadə olunan hidrogenləşdirilmiş yağlar və xüsusi üsullarla bərkidilən yağlar orqanizmə zərər verir. 

3. Dadlandırıcılar 

Süni dadlandırıcılar arasında ən zərərli olduğu düşünülən və üzərində araşdırılma aparılmış  maddələr asesulfam kalium, monosodium glutamat, sukraloza, aspartam və natrium benzonatdır. 

4. Qablaşdırılmış Qidalar 

Ümumiyyətlə, qablaşdırılmış qidaların əksəriyyətinin saxlama müddətini uzatmaq üçün onlara əlavə edilən zərərli maddələr bu məhsulları sağlamlığa zərərli edir. 

5. Marqarin 

Çoxumuza məlum olan bir həqiqətdir ki, bütün yağlar içərisində marqarin ən zərərli olandır. 

6. Şirniyyatlar, jilibonlar 

Şirniyyat və jilibonlar zərərlidir yeyintilərdir, çünki onlar həddindən artıq şəkər istifadə edərək istehsal olunur. 

7. Toyuq Nugget 

Bazardan aldığımız toyuq ətlərinin tez xarab olmasının qarşısını almaq üçün istehsal prosesində zərərli sintetik maddələrdən istifadə edilir. 

8. Ağ Şəkər 

Ağ şəkər, şəkər çuğundurundan əldə edilir, fruktoza və qlükozadan ibarətdir. Tərkibində zülal, yağ, vitamin və mineral yoxdur. 

9. Ağ un 

Əsas qida qaynağımız olan çörəklərdə daha çox ağ undan istifadə olunur, lakin təəssüf ki, buğdadan hazırlanan ağ unlu çörəklər məzmunca çox zəifdir və çox da faydalı deyil. 

10. Dondurulmuş Qidalar 

Qidalar dondurulduqda və bir müddət gözlənildikdə qida dəyəri azaldığından mümkün qədər təzə olduğu zaman istehlak edilməsi məsləhət görülür. 
 
Oksana
Seçilən
49
Mənbələr
Şərh ()
Bağla