AZ

Çin Ukrayna böhranını həll etməyin yeganə yolundan danışıb

Çin hesab edir ki, Ukrayna böhranını həll etməyin yeganə yolu danışıqlardır.

Editor.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Cyan bildirib. O, Çinin bu məsələdə iştirak edən bütün tərəflərlə sıx əlaqə saxlamağa hazır olduğunu bildirib.

Çin hesab edir ki, istənilən mübahisə diplomatiya və siyasi danışıqlar yolu ilə həll edilməlidir. Lin Jian əlavə edib ki, ÇXR Rusiya və Ukraynanın bərabər şərtlərlə sülh yolu ilə həllin bütün ədalətli variantlarını müzakirə edə biləcəyi beynəlxalq sülh konfransının vaxtında çağırılmasını dəstəkləyir.

Qeyd edək ki, aprelin 16-da Çin prezidenti Si Tsinpin Almaniya kansleri Olaf Şoltsla görüşündə bildirib ki, ÇXR Ukrayna böhranının həlli üçün həm Rusiya, həm də Ukrayna tərəfindən tanınan sülh konfransının keçirilməsinin tərəfdarıdır.

//Gülnarə Abasova, Editor.az

Seçilən
56
Mənbələr
Şərh ()
Bağla