AZ

Rusiya bu ölkənin 235 vətəndaşına sanksiya tətbiq etdi

Rusiya Xarici İşlər Nazirliyi 235 Avstraliya vətəndaşına sanksiya tətbiq etdiyini açıqlayıb.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə XİN-in bəyanatında bildirilir.

Qeyd edilib ki, bu sanksiya qərarı Avstraliya hökumətinin kollektiv Qərbin rusofob kampaniyası çərçivəsində tətbiq etdiyi anti-Rusiya sanksiyalarına cavabdır.

Bu şəxslərin Rusiyaya girişi rəsmi olaraq qadağandır. Siyahıya məhz Avstraliyada anti-Rusiya gündəmini formalaşdıran məmurlar daxildir.

"Rəsmi Kanberranın anti-Rusiya kursundan əl çəkmək niyyətində olmadığını və yeni sanksiyalar tətbiq etməyə davam etdiyini nəzərə alaraq, Rusiya da sanksiya tətbiq etdiyi şəxslərin siyahısının yenilənməsi üzrə işləri davam etdiriləcək", - XİN bəyan edib.

Seçilən
63
Mənbələr
Şərh ()
Bağla