AZ

Süni torpaq sahələri yaratmaqla ölkəyə investor cəlb etmək istəyirik-Komitə rəsmisi

Azərbaycan hökuməti Xəzər dənizində süni torpaq sahələri yaratmaqla ölkəyə investor cəlb etmək istəyir.

“İki sahil” xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Aritektura Komitəsi aparatının Rəşad İsmayılov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında - sözügedən sənədin müzakirəsi zamanı bildirib.

"Bu torpaqlar Xəzərin həm Şimal, həm də Cənub sahillərində yaradılacaq, Bakının Baş Planında nəzərə alınmayıb", - deyə o qeyd edib.

Bundan başqa, R.İsmayılov deyib ki, bu gün infrastuktur məsələlərini qaldırmaq hələ tezdir: "Bakının sahil boyu zolağında turizm infrastrukturları yaradılıb. Dövlət də bununla bağlı xeyli işlər görür, yeni yollar salır, su xətləri çəkir. Qanun layihəsi süni torpaq yaratmanın spesifikasını əks etdirir. Tikinti layihələri yenə də Şəhərsalma Məcələsinə əsasən həyata keçiriləcək. Bu zaman onun ekoloji və digər fəsadları araşdırılır".

Seçilən
68
1
Mənbələr
Şərh ()
Bağla