AZ

Xavi: “Hakim hər şeyi məhv etdi”

“Barselona”nın baş məşqçisi Xavi “blauqrana”nın ÇL-in 1/4 finalının cavab oyununda PSJ-yə evdə 1:4 hesablı məğlubiyyətinə aydınlıq gətirib.

Arena.az məlumat verir ki, ümimi hesabda (6:4 – evdə: 2:3, səfərdə: 4:1) üstünlüyünü təmin etmiş PSJ Çempionlar Liqasının yarımfinalına vəsiqə qazanıb.

“Biz əsəbi və hiddətliyik. Ronald Arauxonun oyunu bu qarşılaşmada heç-heçəni tamamilə alt-üst etdi. O qırmızı deyil. Mənim üçün bu, belə deyil. Meydanda 10 futbolçunun qalması futbol üçün yaxşı deyil. Bu, bir fəlakət idi. Hakim hər şeyi məhv etdi.

Çempionlar Liqasındakı səyahətimizin hakim səhvi ucbatından başa çatması təəssüf doğurur. Sadəcə hakimə onun fəlakət olduğunu söylədim. Bu, gerçəklikdir”, – məşhur italyan jurnalist-insayder Fabritsio Romano Xavidən sitat gətirir.

Xatırladaq ki, oyunun 29-cu dəqiqəsində “blauqrana”nın uruqvaylı mərkəz müdafiəçisi Ronald Arauxo parislilərin fransalı sol vingeri Bradli Barkolanı cərimə meydançasına yaxın bölgədə yerə sərib. Buna görə o, son ümid oyunu səbəbilə hakim tərəfiindən birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb. İkinci hissədə isə Xavi də çox duyğusal olduğu üçün qırmızı vərəqə alıb.

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla