AZ

Fransız siyasətçi Zelenskini dünya müharibəsi alovlandırmaq cəhdində İTTİHAM ETDİ

Fransız siyasətçi Zelenskini dünya müharibəsi alovlandırmaq cəhdində ittiham edib.

İnterpress.az xəbər verir ki, bu barədə “Vətənpərvərlər” partiyasının lideri Florian Filippo sosial media hesabında yazıb. O, Ukrayna prezidentinin Rusiya və İranın hərəkətlərinə vahid reaksiyanın zəruriliyi ilə bağlı sözlərindən qəzəblənib.

“Hamısı budur. Zelenski Yaxın Şərqdəki dramatik hadisələrdən istifadə edərək “İran və Rusiyaya vahid qlobal cavab”a çağırır! Bir sözlə, o, NATO ilə BRİKS arasında dünya müharibəsinə çağırır!”. – Filippo qeyd edib.

Eyni zamanda, siyasətçi Zelenskinin mövqeyinə təəccüblənməyib çünki Zelenskinin “sahibləri” də bunu bölüşürlər. Filippo izləyicilərini bu “kobud tələyə” qarşı xəbərdar edib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
65
Mənbələr
Şərh ()
Bağla