AZ

"Ruslar ordunu Qarabağdan çıxararaq Ermənistana yerləşdirirlərsə, onda orada vəziyyət qarışacaq..."

"Rus sülhməramlılarının Azərbaycandan çıxması məsələsi mənim o qədər də xoşuma gəlmir. 1992-ci ildə də rus ordusu Azərbaycandan çıxdı, ardınca Azərbaycan ərazilərində hər cür siyasət getdi, ərazilərimiz işğal olundu..."

 

Bu sözləri Pravda.az-a açıqlamasında sabiq deputat, politoloq Cümşüd Nuriyev deyib.

 

Politoloq bildirib ki, rus sülhməramlılarının Qarabağdan çıxmasına hələ bir il yarım vaxt qalıb: "Azərbaycan bunlardan tələb etmir ki, təcili çıxsınlar. Ruslar ordunu Qarabağdan çıxarmaqla Ermənistana yerləşdirirlərsə, onda Ermənistanda vəziyyət qarışacaq. Azərbaycanla Rusiyanın elə bir ciddi problemi yoxdur, amma mən prosesin arxa bağçasında nələr ola bilər, bilmirəm. Bu, bir az bizim üçün təhlükə yarada bilər. Təki getsinlər, qanı-qadası olmasın. Amma sonrasından bir az narahatam..."

 

Aytəkin Qardaşova

Tarix: 17 Aprel 2024, 12:48   
Seçilən
84
Mənbələr
Şərh ()
Bağla