AZ

Əhali birinci rübdə nə qədər pul xərcləyib? – STATİSTİKA

Azərbaycan əhalisi 2024-cü ilin birinci rübündə mal və xidmətlərin alınmasına 16,8 milyard manat xərcləyib. 


Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu məbləğ ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz çoxdur. 


İlk üç ayın nəticələri göstərir ki, bir istehlakçı orta hesabla ayda 548,3 manat və ya 2023-cü ilin eyni dövrü ilə müqayisədə 20,9 manat çox vəsait xərcləyib.


Xərclənən ümumi vəsaitin 44,9 faizi (7,54 milyard manat) ərzaq, 35,3 faizi (5,93 milyard manat) qeyri-ərzaq, 19,8 faizi (3,33 milyard manat) isə pullu xidmətlərin alınmasına sərf edilib. 


Adambaşına düşən xərclərdə də ən böyük məbləğ ərzaq məhsullarının payına düşür. Birinci rübdə hər ay orta hesabla 246,8 manatlıq ərzaq, 194,1 manatlıq qeyri-ərzaq, 107,4 manatlıq pullu xidmətlər alınıb. 


Əhalinin xərclərində ən yüksək real artım pullu xidmətlərdə olub. 


Pullu xidmətlər iki hissədən ibarətdir: ictimai iaşə xidmətləri və digər ödənişli xidmətlər. Birinci rübdə ictimai iaşə xidmətlərində xərclər real olaraq 6,7 faiz, digər pullu xidmətlərdə isə 5,8 faiz artıb. 


Xərclərdəki artım sürətinə görə, ikici sırada qeyri-ərzaq malları gəlir. Bu xərclərdə 4,9 faiz artım baş verib. Ərzaq xərclərində artım sürəti isə 1,9 faiz olub. 


Vasif

 

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla