AZ

Gecələr çox tərləmək hansı xəstəliklərdən XƏBƏR VERİR? - "Diabet, infeksiya, stress..."

İnsanların bir çoxu gecələr həddindən çox tərləmə problemindən şikayətçidir. Bu problem isə bir sıra xəstəliklərin xəbərçisidir.

 

Mövzu ilə bağlı Sfera.az-a danışan ginekoloq Arzu İsmayılova bildirib ki, qadınlarda klimaks dönəmində baş verən hormonal dəyişikliklər gecə tərləməsinə səbəb olur.

 

“Tərləmək, həmçinin diabet və xərçəng əlaməti də ola bilər. Bu tərləmə o qədər şiddətli olur ki, insanı yuxudan oyadır. Normal tərləmə bədən temperaturunun nizamlanmasına xidmət dir. Xüsusən soyuqdəymə ehtimalı yüksəkdirsə, orqanizm tərləməklə özünü müdafiə edir. Gecə tərləmələri bəzən qəfildən yüksələn temperatur, dəridə qızarıqlıq və sürətlənən ürək ritmləri ilə müşahidə edilir. Bu problemin kökündə qastro-ezofageal reflyuks xəstəliyi, diabet, hormonal dəyişikliklər, infeksiya, stress və nevroloji problemlər dayanır”.

 

Həkim qeyd edib ki, gecə tərləmələri kişilərə nisbətən qadınlarda daha tez-tez yaşanır.

 

“Belə olan halda həmin şəxslər həkimə müraciət etməklə problemin nədən qaynaqlandığını öyrənməlidirlər. Əgər bu problem qadınlarda klimaks ilə əlaqəlidirsə, hormon müalicəsinə başlanılır. Hormon müalicəsinin də bir sıra əks göstərişləri var. Hormon qəbulu sümüklərin kiçilməsinə səbəb olur”.

 

Ülkər Abdurahmanlı

Seçilən
23
1
Mənbələr
Şərh ()
Bağla