Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin təşkilinə hazırlıq getdiyini təsdiqləyib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Lakin Ərdoğan lsəfərin tarixinin hələ müəyyən edilmədiyini bildirib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da aprelin 8-də deyib ki, Putin və Ərdoğan arasında görüşə hazırlıq gedir və liderlər yaxın vaxtlarda bir araya gələcəklər.