AZ

Aynur Sofiyeva: Psixoloji xidmətin gücləndirilməsinə böyük ehtiyac var

Bakı, 17 aprel, AZƏRTAC

Bu gün psixoloji xidmət istədiyimiz səviyyədə deyil. Psixoloji xidmətin gücləndirilməsinə böyük ehtiyac var.

AZƏRTAC xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva aprelin 17-də parlamentdə keçirilən “Sağlam ailə modelinin hüquqi aspektləri - Yaşıl dünya müstəvisində” mövzusunda birgə ictimai dinləmədə söyləyib.

Ailə məsələləri ilə bağlı ən narahatedici məsələnin boşanmaların sayının artması olduğunu deyən A.Sofiyeva qeyd edib: “Ailədaxili münasibətlərdə psixoloji məqamların rolu çox böyükdür. Ona görə də bu məsələyə daha diqqətlə yanaşmalıyıq. Ailə psixoloqu institutunun yaradılması ilə yanaşı, ailə məhkəmələrinin təsis olunması da çox vacibdir”.

Seçilən
61
1
Mənbələr
Şərh ()
Bağla